Goranboy rayon İcra Hakimiyyəti başçısı Goranlı kəndində Vətən müharibəsi Qazisini ziyarət etdi.
04 iyun 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və ictimai fəallarla birgə, Goranlı kəndində Vətən müharibəsi Qazisi Bəxtiyar İlqaroğlunu və ailəsini ziyarət etdi. Vətən müharibəsi Qazisinin qardaşı İxtiyar İlqaroğlu da 44 günlük Vətən müharibəsində itgin düşmüşdür. İcra Başçısı Qazi və itgin ailəsinin sosial qayğıları ilə maraqlandı.