Qardaş Türkiyənin “Hədiyyə karvanı” Vətən müharibəsi Şəhidlərinin övladları üçün bu dəfə Goranboyda.
04 iyun 2021 | 09:39
Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” 2-ci Qarabağ müharibəsi Şəhidlərinin övladları üçün bu dəfə Goranboyda oldular. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Türkiyədən gələn qonaqlar ilə görüşü zamanı onlara bu nəcib layihənin icrası üçün dərin minnətdarlığını ifadə edib. "Hədiyyə Karvanı" aksiyası ölkəmizin 16 şəhər və rayonlarını əhatə edəcək.