Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı tədbir keçirildi.
01 iyun 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional şöbələrlə iş müdiri Elşad Kərimov və UAFA – Azərbaycana Birgə Yardım Təşkilatının nümayəndələri Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə” həsr olunmuş tədbirdə iştirak etdilər.
Uşaqların əlişləri ilə tanış olan icra başçısı və deputat onları “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı təbrik edərək gələcək işlərində uğurlar arzuladılar.