Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident cənab İlham Əliyevin tapşırığı əsasında aparılan, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri yekunlaşmaq üzrədir.

31 may 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun xidmət təşkilatlarının rəhbərləri ilə birgə Goranboy şəhər  Olimpiya-idman Kompleksində aparılan tikinti işləri ilə, bir daha  yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü.
İcra Başçısı  tikinti işlərinin surətlə və keyfiyyətlə başa çatdırılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su, rabitə və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirdi.

 

Keçidlər