Goranboy rayon icra hakimiyyəti başçısı vətəndaşların çoxsaylı müraciətini və narazılığını nəzərə alaraq, Kəpənəkçi-İrəvanlı kəndləri ərazisində mövcud anti-sanitariya vəziyyəti ilə bağlı, aidiyyəti məsul şəxslərlə birgə yerində baxış keçirdi.
30 may 2021 | 07:16

İcra Başçısı Məhərrəm Quliyev ərazidə təmizlik və dezinfeksiya işlərinin aparılması üçün ciddi tapşırıqlarını verdi. Zibil tullantılarının müvəqqəti saxlanılması üçün ərazidə müvafiq yerin ayrılması üçün, aidiyyəti üzrə yerli bələdiyyəyə, Fövqəladə Hallar Nazirliyinə müraciət olunması və təcili tədbirlər görülməsi ilə bağlı müzakirlər aparıldı.