Goranboy rayon icra hakimiyyəti başçısı Milli Qəhrəmanı doğum günündə ziyarət etdi.
27 may 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, ağsaqqal, ziyalı və ictimai fəallarla birgə, Azərbaycanın Milli Qəhrəmanı, hazırda səhhəti ilə bağlı Xəstəxanada əməliyyat olunaraq müalicəsi davam etdirilən Maşallah Abdullayevi doğum günündə ziyarət etdi.
İcra başçısı Milli Qəhrəmana sağalması üçün şəfalar dilədi və lazımi köməkliklər göstərmək istədiyini bildirdi. Milli Qəhrəman ziyarətə görə razılıq və minnətdarlığını qeyd etdi.