Todan kəndində hərbi vətənpərvərlik mövzusunda tədbir keçirildi.
Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və ictimai fəalların iştirakı ilə, Todan kəndində Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş Şəhidlər Xatirə-Abidə Kompleksi önündə, “Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun rəşadəti ilə, tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi- möhtəşəm Zəfər tariximizdir" mövzusunda tədbir keçirildi.
Şəhidlərimizin xatirəsinə inşa edilmiş həmin abidəyə 3 Milli Qəhrəman - Nofəl Quliyev, Aytəkin Məmmədov və Vüqar Hüseynovun da adları əlavə edilmişdir. Bu qəhrəmanalarımız birinci Qarabağ müharibəsində Goranboy rayon Todan kəndində mənfur düşmənlərə qarşı vuruşmuş,elə bu kənddə də qəhrəmancasına Şəhid olmuşlar. Onların da adlarının Şəhid olduqları Todan kəndində Şəhidlər Xatirə Kompleksi üzərində qeyd olunması ailə üzvləri və kənd sakinləri üçün də böyük qürur hissi ilə qarşılanıb.Tədbirdə iştirak edən Milli Qəhrəmanların döyüş yoldaşları və övladları Qəhrəmanlarımızın vətənin azadlığı uğrunda göstərdikləri sücaət və qəhrəmanlılqarından danışıblar.