Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin müraciəti :

26 may 2021 | 02:41

Əziz və qəhrəman goranboylular!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, xüsusi diqqət və qayğısı ilə, ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən ciddi mübarizə tədbrləri nəticəsində son günlərdə yenidən, virusayoluxma hallarının azalması müşahidə olunur.
Virusun qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəal və könüllülərin iştirakı ilə  yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər və maarifləndirici təbliğat işləri davam etdirilir. Görülən məqsədyönlü və davamlı əməli tədbirlərin nəticəsidir ki, rayon ərazisində aktiv xəstə sayı, ümumilikdə  77 nəfərdir ki, bundan 5 nəfəri rayon Mərkəzi Karantin Xəstəxanasında, 72 nəfəri isə ev şəraitində müalicə alır.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Goranboyda da vaksinasiya prosesi davam etdirilir. Bu günə kimi 15647 nəfər   peyvənd olunub.
  Bundan sonra da,  Koronavirus pandemiyasından qorunmaq və əvvəlki normal həyat şəraitinə qayıtmaq məqsədi ilə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etmək, bu məqsədlə; tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması məcburidir.
- Özümüzü, ailəmizi və Qəhrəman Goranboylularımızı qoruyaq.!

Keçidlər