Goranboyda Şəhidin doğum günü qeyd edildi
24 may 2021 | 16:00
II Qarabağ-Vətən müharibəsi şəhidi, Düzqışlaq kəndindən Qasımov Tural Yelmar oğlunun doğum günü ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları və 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Şəhidin ailə üzvləri ilə və ictimai fəallarla birgə, məzarını ziyarət etdilər, ruhuna dualar oxudular. Daha sonra Şəhidin evində onun ailə üzvləri ilə görüşdülər, Şəhidimizin əziz xatirəsi ehtiramla yad edildi, ailənin sosial qayğıları ilə maraqlandılar.