Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib.

13 may 2021 | 04:36

​Təbrikdə qeyd olunur ki, hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.
​Bu il Ramazan bayramı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan böyük qələbə, işğal altında olan torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi şəraitində qeyd olunur.
​Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirələri minnətdarlıqla yad olunur və igid  qazilərimizə şəfalar dilənilir.
Millət vəkili, fəzilət və bərəkət  dolu müqəddəs Ramazan Bayramı  münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirib.
Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü ilə bayram münasibətilə xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrindən 1 000-ə yaxın şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
​Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.

Keçidlər