Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin edildi.

08 may 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyəti Başçısının 07 may 2021-ci il tarixli Sərəncamına əsasən,  Balakürd kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1997-ci il təvəllüdlü, Ali təhsilli Həsənli Toğrul İlkin oğlu Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir.
Həsənli Toğrul İlkin oğlu 44 günlük Şanlı Vətən müharibəsində aparılan döyüşlərdə fəal iştirak etmiş, Suqovuşan istiqamətində gedən döyüşdə xəsarət almış, döyüşlərdə göstərdiyi fədakarlığa görə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Keçidlər