Şriftin ölçüsü :

Saytın rəngi :

17 mart 2026-cı il tarixində, saat 17:30-da, Goranboy şəhəri Heydər Əliyev Parkında BaharFest tədbiri keçiriləcək

16 mart 2026 | 17:52

17 mart 2026-cı il tarixində, saat 17:30-da Goranboy şəhəri Heydər Əliyev Parkında, Gənclər və İdman Nazirliyi, Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkiltçılığı ilə BaharFest tədbiri keçiriləcək. Tədbirdə tanınmış incəsənət ustalarının və rayonumuzun mədəniyyət işçilərinin ifasında musiqi proqramı, folklor nümunələri, müxtəlif idman növləri üzrə göstəricilər, rəsm və əl işlərindən ibarət sərgilər, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən səhnələr nümayiş etdiriləcək, bayram tonqalı yandırılacaq, atəşfəşanlıq olacaq.
Bütün goranboyluları və rayonumuzun qonaqlarını tədbirə dəvət edirik.

Keçidlər