Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi Şəxsiyyətin azərbaycançılıq ideologiyası

06 may 2021 | 04:32

Dahi Şəxsiyyətin azərbaycançılıq ideologiyası

Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm amillərlə şərtlənir. Azərbaycan xalqı da əlverişli tarixi şəraitdən və özünün ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi potensialından yararlanaraq  XX əsrin əvvəlində qazanmış olduğu müstəqillik və istiqlal sərvətini əsrin sonlarında bir daha əldə etdi. Lakin müstəqillik tariximizin qısa zaman dövrü Ümummilli Liderimiz Heydər Əliyevin bir fikrini təsdiq edir:
“ ..müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onun saxlanılması və daimi olması bundan da çətindir.”
Bu illər ərzində Azərbaycanın  keçdiyi müstəqil dövlətçilik  yolunun təhlili aydın surətdə onu göstərir ki, çətin ictimai-siyasi və hərbi müdaxilə şəraitində müstəqil  dövlət qurmaq və onu mürəkkəb şəraitdə idarə etmək möhkəm iradəli, qlobal dünyagörüşlü, dərin milli-mənəvi dəyərlərə malik və yüksək idarəçilik  bacarığı olan bir lider tələb edir. Həm də bu lider xalqın vahid dəstəyinə sahib olan bir dahi şəxsiyyət olmalı idi. Məhz, XX əsrin sonlarında Azərbaycan xalqının belə bir şəxsiyyətə ciddi ehtiyacı yarandı. –Bu şəxsiyyət isə Heydər Əliyev idi.Heydər Əliyevin əməli və elmi fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi dəyərləri və siyasi-ideoloji prinsipləri təşkil edirdi. Ümummilli Liderimizin bu istiqamət üzrə toplanmış olduğu zəngin irsi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil,  həm də gələcək dövrlər üçün bir örnəkdir. Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və mənəvi dəyərlərə əsaslanan dövlətçilik təfəkkürünə malik olan kadrlara ciddi önəm vermişdir. Dahi şəxsiyyət Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 il ərzində nəinki demiokratik və dünyəvi dövlət idarəçilik sistemini qurdu, eyni zamanda, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı vahid amal, əqidə və məqsəd ətrafında birləşdirən  bir ümummilli konsepsiya , bir ideal təlim – azərbaycanşılıq ideologiyasını yaratdı.Azərbaycançılığın - bütün dünya azərbaycanlılarını birləşdirən bir məfkurə, bir siyasi ideologiya kimi Azərbaycan dövlətinin əsas idea və idarəçilik prinsipinə çevrilməsi  məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz azərbaycançılığı dövlətçiliyə tətbiq etməklə  bu məfkurəyə əsaslanan bir müasir dövlət yaratdı, bununla da yeni dövlətçilik modelinin əsasını qoymuş oldu.Xalqımızın böyük oğlu, dahi Şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycan məfkurəsini, azərbaycançılıq dəyərlərini önə çıxarmaq və əsas götürmək istiqamətlərində qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli və dərindən öyrənilməsi, təbliği, xüsusən də gələcək nəslin bu ruhda tərbiyə olunub yetişdirilməsi və ən əsası da, milli şüurun formalaşdırılması Heydər Əliyevin parlaq zəkasının və uzaqgörən siyasi təfəkkürünün real əməli müstəvidəki təzahürü idi. Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və müqəddəs məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət idarəçilik siyasətinin prioritetinə çevrildi. Bu faktı xüsusi ilə vurğulayıram ki, milli ideoloji baxışlar sisteminin formalaşdırılmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtı ilə Cümhuriyyət qurucularının birləşdirici ideya kimi önə çəkdiyi milli birlik-azərbaycançılıq iddeologiyasına müraciət etdi.-Nəinki müraciət etdi,   bu ideyanı real və dolğun məzmunda zənginləşdirərək dövlətin əsas siyasi idarəçilik səviyyəsinə ucaltdı.1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərçiliyə qayıdışı bütün Azərbaycan vətəndaşlarını dilindən, dini əqidəsindən və etnik mənsubiyyətindən  asılı olmayaraq bir amal –vahid dövlətçilik ətrafında birləşmək yolunda bir stimul və bir tarixi dönüş oldu. Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması  və latın qrafikasının tətbiqi,  milli –mənəvi və dini dəyərlərimizin qorunaraq önə çıxarılması və bütün bu amillərin azərbaycanşılıq ideologiyası altında birləşdirilərək beynəlxalq arenada tətbiqi və təbliği dünya azərbaycanlılarının da diqqətini öz doğma ölkələrinə -Azərbaycana yönəltdi.
31 Dekabr tarixinin – hər il “ Dünya Azərbaycanlılarının Həmrəylik Günü”  kimi qeyd edilməsi  də azərbaycançılıq ideologiyasının –vahid konsepsiyanın bir tərkib hissəsi idi.Müstəqilliyimizin ilk illərində-1991-1994-cü illərdə yaranmış təhlükəli ictimai-siyasi və hərbi durum, vətəndaş qarşıdurması və cəmiyyətin xaos vəziyyətinə gətirilməsi yenicə əldə edilmiş müstəqillik sərvətinin az qala itirilməsi ilə nəticələnəcəkdi. Lakin öz xalqının sarsılmaz dəstəyinə və inamına arxalanan Heydər Əliyev qətiyyəti, Onun uzaqgörən siyasi zəkası və dövlət idarəçilik manevrləri bu təhlükəni qısa müddətdə aradan qaldırdı. Məhz bu məqamda Ümummilli Liderimizin azərbaycançılıq ideologiyası özünün  bəhrəsini – müsbət nəticəsini verdi.1995- ci ildə Heydər Əliyevin təşəbbüsü və şəxsən yaxından iştirakı ilə, Azərbaycan Respublikasının yeni Ali Qanununun -Konstitusiyasının hazırlanması və 12 noyabr 1995-ci il tarixində qəbul edilməsi də Ümummilli Liderin  dövlətçilik tariximizə qızıl hərflərlə yazdırdığı böyük nailiyyətlərdən biridir. Konstitusiyamızın hazırlıq mərhələsində də Heydər Əliyevin azərbaycançılıq amilinə diqqət yetirməsi və ümumxalq mənafeyinin qorunması, xüsusən də mənəvi dəyərlər prinsiplərinə əsaslanması təqdirəlayiqdir.–Bu həm də, Onun Vətənə, Xalqa və Dövlətə bağlılığının, sevgisinin  aydın təzahürü idi. Heydər Əliyevə qədər mövcud olmuş azərbaycançılıq ideyaları bədii, elmi və mənəvi-mədəni dəyərlər kimi səsləndirilirdisə, məhz Onun dövründə bu iodeologiya-bu siyasi məfkurə dövlət quruculuğunun və idarəçiliyinin ayrılmaz tərkib hissəsinə çevrildi.
“ Milli mənsubiyyət hər bir insan üçün qürür mənbəyidir.Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
-Azərbaycan xalqının yaddaşına bir ümummilli şüar kimi həkk olunmuş bu məhşur  ifadə Ümummilli Liderimizin mənəvi dünyasının zənginliyini, Onun vətəndaş mövqeyini və öz milli kökünə bağlılığını  sübut edən tarixi bir bəyanat idi. 2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurulatıya da Heydər Əliyevin müdrik siyasətinin və azərbaycançılıq ideologiyasının bir təntənəsi idi.
Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamami ilə yeni mərhələdə öz fəaliyyətini qurmağa başladı. Heydər Əliyev bu sahədə də sistemli  dövlət siyasətinin həyata keçirilməsini təmin etmək  məqsədi ilə, 2002-ci ildə “ Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə”  Fərman imzalamışdır.Komitənin yaradılması xaricdə yaşayan azərbaycanlıların, Azərbaycan cəmiyyətlərinin fəalyyətlərinin vahid mərkəzdən idarə olunması, onların dövlət qayğısı ilə əhatə olunması və ən əsası da, Azərbaycan diasporunun yüksək səviyyədə formalaşması baxımından müsbət rol oynadı.Ümummilli Liderin siyasi xəttini və dövlət idarəçilik prinsiplərini ardıcıl və layiqli surətdə davam etdirən Prezidentimiz cənab İlham Əliyev də Onun nəzəri və praktiki irsinə dəyər verərək demişdir:
“ 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki, məhz  o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dğvlətçiliyin ideoloji əsasları – azərbaycançılıq məfkurəsi formalaşdırıldı.”
Prezidetimiz cənab İlham Əliyevin ötən 18 il ərzində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin inkişafı və saflılığının qorunmasını, gənclərimizin vətənpərvərlik tərbiyəsini, tarixi irsimizin yaşadılmasını, uzun əsrlərdən bəri bir tarixi və ümummilli dəyər kimi cəmiyyətimizdə formalaşmış  tolerantlıq və multikultural dəyərlərin möhkəmləndirilərək  gələcək nəsillərə ötürülməsini dövlət siyasətinin əsas prinsiplərinə çevirməsi Onun Heydər Əliyev ideologiyasına sadiqliyinin göstəricidir.Cənab Prezidentimizin rəhbərliyi və siyasi qətiyyəti ilə, Azərbaycan Respublikası özünün inkişaf dövrünü yaşayır. Prezident cənab İlham Əliyev beynəlxalq müstəvidəki mövcud  mürəkkəb siyasi vəziyyətdə  düşünülmüş və məqsədyönlü siyasət yürüdür, dövlətimizi beynəlxalq arenada layiqincə təmsil edir.
Bu, danılmaz bir faktdır ki, son 18 ildə Azərbaycanın keçdiyi yol, daxili və xarici siyasətdə qazandığı uğurlar məhz Prezident cənab İlham Əliyevin şəxsiyyəti, xarizması, liderlik keyfiyyətləri ilə bağlıdır. Daha dəqiq desək, cənab İlham Əliyevin rəhbərliyi ilə bəhs edilən dövrdə həyata keçirilən genişmiqyaslı işlər, həyatımızın bütün sahələrinin inkişafına hədəflənən islahatlar nəticəsində Azərbaycan regionun lider dövlətinə, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanması isə cənab İlham Əliyevin siyasi cəbhədə olduğu kimi, hərb meydanında da yüksək liderlik keyfiyyətini bütün dünyaya nümayiş etdirdi.
-Və, təbii ki, bu uğurlu siyasi strategiyanın əsasında Heydər Əliyevin bir örnəyə çevrilmiş azərbaycançılq ideologiyası, mükəmməl dövlət idarəçiliyi prinsipləri və bir də, Azərbaycan xalqının vahid inamı və dəstəyi durur.

Faiq   Muradov - Goranboy rayon İcra Hakimiyyətinin
                            İnformasiya təminatı və təhlil Sektorunun müdiri.

 

Keçidlər