Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon Heydər Əliyev Mərkəzində, karantin rejiminin tələblərinə riayət olunmaqla, Real TV-nin təşkilatçılığı ilə lentə alınan “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.

30 aprel 2021 | 16:00

Filmdə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Şanlı Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb. Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” sənədli filmi rayon ictimaiyyətinin fəalları tərəfindən maraqla izlənilib.
Sənədli filmin nümayişi, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatların iştirakı ilə, davam etdiriləcək.

 

Keçidlər