Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda barama qurdu kümdarlara paylanıldı.

30 aprel 2021 | 16:00

Son illər ölkə rəhbərinin aqrar sahənin inkişafına göstərdiyi diqqət Goranboy rayonunun bu sektorunun inkişafına da öz müsbət təsirini  göstərməkdədir. Bu sahədə barama istehsalı xüsusən gəlirli sahə hesab edildiyindən cari ildə də barama istehsalına kümçülər arasında xüsusi maraq yaranmışdır. 29 aprel 2021-ci il tarixdə Qax rayon Damazlıq İpəkçilik stansiyasından 150 qutu barama qurdu gətirilərək kümdarlara paylanması təmin edilmişdir. Rayonun 46 kəndində fəaliyyət göstərən kümdarlara barama istehsalı məqsədi ilə kümxanaların hazırlanmasında mütəxəssislər tərəfindən müvafiq izahatlar verilmişdir.

 

Keçidlər