Goranboy rayonunda keçirilən Biznes Forumun iştirakçıları rayonun ən iri istehsal müəssisələrində oldular.
26 aprel 2021 | 16:00
Goranboy rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Konfederasiyanın Gəncə, Mingəçevir, Ağstafa və yerli nümayəndələri Goranboy rayonunun ən iri istehsal müəssisələrindən olan “G-GROUP” və “Kaskad-Aqro” MMC-lərində istehsal olunan məhsulların çeşidləri və keyfiyyəti ilə tanış oldular, məssisələrin fəaliyyətinin daha da genişləndirilməsi və sahibkarlarla əlaqəli işin qurulması istiqamətlərində müzakirələr aparıldı.