Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin, Göygöl rayon sakini Həsənov Eldar İbrahim oğlunun sosial şəbəkələrdə yerləşdirilən şantaj xarakterli çıxışları ilə bağlı münasibəti.

23 aprel 2021 | 16:00

Göygöl rayonu Pənahlılar kənd sakini Həsənov Eldar İbrahim oğlunun sosial şəbəkələrdə yerləşdirdiyi növbəti video materiallarda Goranboy rayon İcra Hakimiyyətinin ünvanına səsləndirdiyi şantaj xarakterli fikir və iddiaları həqiqəti əks etdirmir, tam əsassızdır və böhtandır.Belə ki, bu məsələ ilə bağlı Həsənov Eldar İbrahim oğlunun müraciətləri dəfələrlə rayon İcra Hakimiyyəti tərəfindən qanunamüvafiq qaydada araşdırılmış və cavablandırılmışdır.Goranboy rayon İcra Hakimiyyəti başçısının 31 iyul 2004-cü il tarixli 101 nömrəli sərəncamı ilə Eldar Həsənova 1355 hektar qış, 232 hektar yay otlaq sahəsi icarəyə verilmişdir. Həmin dövrdə verilmiş otlaq sahələrinə baxış zamanı məlum olmuşdur ki, Eldar Həsənovun icarəsində olan sahədə saxlanılan heyvanlar ona məxsus olmamışdır. O, həmin otlaq sahələrini həmişə müxtəlif vətəndaşlara müəyyən pul müqabilində mövsümi istifadəyə vermişdir.Bununla da O, ayrı-ayrı şəxslərdən heyvanbaşına pul almaqla  özünə dırnaqarası təsərrüfat düzəldərək alverçiliklə məşğul olmuş, qanunsuz hərəkətlərinin qarşısı Goranboy rayon İcra Hakimiyəti tərəfindən alınmışdır.Məlumat üçün bildiririk ki, Göygöl rayonun Pənahlılar kəndində Eldar Həsənova məxsus fərdi yaşayış evinin həyətində təqribən 40-50 kv.metr sahəsi olan tövlənin olduğu və belə bir tövlədə onun iddia etdiyi sayda (2 min baş) xırda buynuzlu heyvanların saxlanmasının real olmadığı müəyyən edilmiş, həmçinin başqa ərazilərdə  də ona məxsus tövlə və heyvan sürüsü qeydə alınmamışdır.Eldar Həsənov uzun müddət həmin torpaq sahələrini şantaj yolu ilə öz istifadəsində saxlamağı bacarmış, bu gün də həmin üsuldan istifadə etməklə qanunsuz əməllərini davam etdirməyə çalışır.Bildirilir ki, heyvandarlıqla məşğul olan sahibkarlar   yaylaq üçün qanunamüvafiq qaydada tələb olunan sənədləri; yaylaq sahəsinə dair icarə müqaviləsi, sahənin yer quruluşu planı, heyvanların baş sayı və heyvanların sağlamlığına dair Qida Təhlükəsizliyi Agentliyinin müvafiq arayışını təqdim etdikdə, hər hansı uyğunsuzluq aşkar edilməzsə, aidiyyəti qurumların iştirakı ilə mövsimi olaraq yaylaqla təmin edilirlər.Həsənov Eldar İbrahim oğlu qanunazidd əməllərini, şantaj xarakterli fikir və iddialarını davam etdirərsə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq əməli tədbirlərin görülməsi məqsədi ilə, adiyyəti dövlət orqanlarına müraciət olunacaqdır.

 

Keçidlər