Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti başçısı Tap Qaraqoyunlu kəndində Şəhid ailələri və ağsaqqallarla görüşdü.

23 aprel 2021 | 05:54

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul rəhbər şəxsləri ilə birgə,  Tap Qaraqoyunlu  kəndində Şəhid ailələri və ağsaqqallarla görüşdü.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin komandanlığı altında, Müzəffər Azərbaycan Ordusunun  44 günlük Şanlı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərinə başlanıldığını, o cümlədən yeni yol infrastrukturunun qurulduğunu vurğulayan  İcra Başçısı  bu çərçivədə Tap Qaqaqoyunlu-Barambat  yolunun da tikinti işlərinin  aparıldığını bildirdi.  İcra Başçısı Məhərrəm Quliyev aparılan yol çəkilişi işləri ilə yerində tanış oldu, işləri icra edən podratçı təşkilatın nümayəndələri ilə görüşdü, müzakirələr aparıldı.

 

Keçidlər