Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin müraciəti :

22 aprel 2021 | 02:14

   Əziz və qəhrəman goranboylular!

Bildiyiniz kimi, ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasının yayılma hallarının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə  yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir.  Bu əməli tədbirlərin  müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması məcburidir.
Məlumat üçün bildiririk ki, rayon sakinləri arasında bu günədək  17291 Covid-19 testi aparılmış, 3467 nəfərdə diaqnoz təsdiqlənmişdir.Bundan 3144 nəfər sağalmış, 78 nəfər vəfat etmişdir.Hazırda 245 aktiv xəstə qeydiyyatdadır ki, bundan da 39 nəfəri rayon Karantin Xəstəxanasında, 206 nəfəri isə ev şəraitində müalicə alır.
Qeyd edirik ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Goranboyda da vaksinasiya prosesi davam etdirilir. Bu günə kimi 11090 nəfər  şəxs peyvənd olunub.

- Bütün goranboyluları Koronavirus pandemiyasından qorunmaq məqsədi ilə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırıq.
- Özümüzü, ailəmizi və Qəhrəman Goranboylularımızı qoruyaq.!

 

Keçidlər