Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, Goranboyda yol çəkilişi işləri sürətlə davam etdirilir.
20 aprel 2021 | 16:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05.03.2020-ci il tarixli Sərəncamına əsasən, 30 min nəfər əhalinin istifadə etdiyi, 8 kəndi birləşdirən 38 km Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-Aşağı Ballıqaya-Səfikürd–Rəhimli-Tap Qaraqoyunlu yolunun tikinti işləri sürətlə davam etdirilir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev yolun tikintisi ilə bağlı aparılan işlərlə bir daha yerində tanış oldu, işlərin layihə-smeta sənədlərinə uyğun və yüksək keyfiyyətlə aparılması məqsədi ilə, tikinti işlərini həyata keçirən məsul şəxslərlə görüşdü, müzakirələr aparıldı.