Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı çiyid səpini ilə bağlı, pambıq sahələrində oldu.

19 aprel 2021 | 16:00

Goranboy rayonunda cari ilin pambıq əkini işləri davam etdirilir. Cari ildə 2582 hektar sahədə pambıq əkini nəzərdə tutulmuşdur ki, hazırda bundan 1944 hektarında çiyid səpini işləri aparılmışdır. İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti idarə, müəssisə rəhbərləri və fermerlərlə birgə,  rayonda aparılan çiyid səpini işləri ilə yerində tanış oldu. İcra Başçısı səpin işlərinin və sonrakı mərhələlərdə  pambığın becərilməsinin  aqrotexniki qaydalara uyğun aparılması, əkin sahələrinin vaxtında suvarılmasının təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini  bildirdi.

 

Keçidlər