Goranboylular Qəhrəmanını böyük ehtiram və coşqu ilə qarşıladılar.
15 aprel 2021 | 16:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə, Vətən müharibəsində göstərdiyi xüsusi fədakarlığa və sücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” Fəxri adına layiq görülən, həmyerlimiz Həsənov Saleh Valeh oğlunu, doğulub boya-başa çatdığı Goranboy rayonu Qızılhacılı qəsəbəsində Goranboylular böyük ehtiram və coşqu ilə qarşıladılar.Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və ictimai fəallarla birgə, Vətən Müharibəsi Qəhrəmanını və ailəsini evində ziyarət etdi.