Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu və müraciətlərinə həssas və operativ yanaşılır.
09 aprel 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısı və digər məsul vəzifəli şəxslər tərəfindən vətəndaşlar qəbul edilir, onların problem və müraciətləri dinlənilir. Keçirilən qəbullar zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin yerində araşdırılması ilə bağlı İcra Başçısı Məhərrəm Quliyevin müvafiq tapşırıq və tövsiyyələri aidiyyəti məsul vəzifəli şəxslər tərəfindən operativ icra edilir. Ümumilikdə, Goranboy rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə həssas və operativ yanaşır.