Goranboy rayon İcra Hakimiyyəti başçısı rayon Dövlət Aqrar İnkişaf Mərkəzində bir qrup kənd təsərrüfatı mütəxəssisləri ilə, pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı müşavirə keçirdi.
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev rayon Dövlət Aqrar İnkişaf Mərkəzində bir qrup kənd təsərrüfatı mütəxəssisləri və rayonun aidiyyəti idarə-təşkilat rəhbərləri ilə birgə, pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı müşavirə keçirdi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə pambıqçılığın və baramaçılığın, ümumilikdə kənd təsərrüfatı sektorunun inkişafına göstərdiyi qayğıya diqqət yetirən İcra Başçısı rayonumuzda da bu sahələrin daha da inkişafı və genişləndirilməsi, mövcud potensial imkanlardan səmərəli istifadə olunması, aidiyyəti təşkilatlarla istehsalçılar arasında əlaqəli işin qurulması istiqamətlərində fikirlərini bildirdi.
İcra Başçısı Məhərrəm Quliyev pambıqçılıq və baramaçılığın inkişafı, bu sahələrdə aqrotexniki işlərin vaxtında və məqsədyönlü surətdə həyata keçirilməsi ilə bağlı, aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirdi.