Goranboy rayon İcra Hakimiyyətində 31 mart 2021-ci il tarixində vətəndaşlar qəbul edildi.
31 mart 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısı, müavinlər və şöbə müdirləri tərəfindən vətəndaşlar müntəzəm olaraq qəbul edilir, onların problem və müraciətləri dinlənilir. Keçirilən qəbullar zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin yerində araşdırılması ilə bağlı İcra Başçısı Məhərrəm Quliyevin müvafiq tapşırıq və tövsiyyələri aidiyyəti məsul vəzifəli şəxslər tərəfindən operativ icra edilir. Ümumilikdə, Goranboy rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə həssas və operativ yanaşır.