Goranboy rayon İcra Hakimiyyəti vətəndaşların diqqətinə çatdırır:
Goranboy rayon İcra Hakimiyyəti vətəndaşların diqqətinə çatdırır:
Son günlərdə ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasının yayılma hallarında yenidən sürətli artım müşahidə olunmaqdadır. O cümlədən Goranboy rayonunda da yoluxma halları ciddi narahatçılıq doğurur. Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların gündəlik qəbulunun aparılması və bu qəbullarda vətəndaşların çoxsaylılıq təşkil etməsi, hətta əksər hallarda 100 nəfərdən çox olması, qəbullar zamanı xüsusi karantin rejimi (sosial məsafənin gözlənilməsi, tibbi maskalardan istifadə olunması və sanitar-gigiyena tələbləri) qaydalarına əməl olunmaması infeksiyanın artma riskini daha da sürətləndirə bilər.
Azərbyacan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq Qərar və tövsiyyələrinə uyğun olaraq, pandemiyaya qarşı mübarizə hallarının aparılması və infeksiyaya yoluxma riskinin azaldılmsı məqsədi ilə, vətəndaş qəbul və müraciətlərinin elektron qayda və qaynar xətt vasitəsi ilə həyata keçirilməsi məqsədəmüvafiqdir.Bu məqsədlə, vətəndaşlara 01 aprel 2021-ci il tarixdən etibarən Goranboy rayon İcra Hakimiyyətinə - mail@goranboy-ih.gov.az elektron poçt və 022 245 21 51 qaynar xətt vasitəsi ilə müraciət etmələri tövsiyyə olunur.
Hörmətli vətəndaşlar, qəbul və müraciətlərin bu qayda ilə həyata keçirilməsi sizin, doğmalarınızın və ətrafınızdakı insanların sağlamlığının qorunması üçün çox önəmlidir.
-Əziz goranboylular.
Özümüzü, doğmalarımızı və ətrafımızdakıları qoruyaq !