Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident cənab İlham Əliyevin tapşırığı əsasında, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri yekunlaşmaq üzrədir.

31 mart 2021 | 02:45

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhər  Olimpiya-İdman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü.
İcra Başçısı  tikinti işlərinin vaxtında və keyfiyyətlə yekunlaşdırılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirdi.  Hazırda burada aparılan tikinti işlərinə 100 nəfərdən çox işçi qüvvəsi cəlb edilmişdir.

 

Keçidlər