Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin müraciəti :

30 mart 2021 | 09:56

Əziz  Qəhrəman goranboylular.
Son günlərdə  ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasının yayılma hallarında yenidən artım müşahidə olunmaqdadır. O cümlədən Goranboy rayonunda da yoluxma halları ciddi narahatçılıq doğurur. 29 mart 2021-ci ilə olan məlumata əsasən, rayonumuzda Covid-19 pandemiyasına yoluxmuş 90 nəfər aktiv xəstə var ki, bunlardan 84 nəfəri ambulator, 6 nəfəri isə stasionarda müalicə alır. Təəssüf doğran fakt budur ki, təkcə bugünkü tarixə 20 nəfər yoluxmuş şəxs qeydiyyata alınmışdır ki, bunlardan  14 nəfəri Səfikürd, Qarqucaq, Hacallı və Şəfibəyli kəndlərinin sakinləridir.
Pandemiyanın  qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə  yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir.  Bu əməli tədbirlərin  müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması məcburidir.
- Bütün goranboyluları Koronavirus pandemiyasından qorunmaq məqsədi ilə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırıq.
- Özümüzü, ailəmizi və Qəhrəman Goranboylularımızı qoruyaq.!
Bununla yanaşı, rayonumuzda da Covid-19 infeksiyasına qarşı vaksinasiya prosesi də davam etdirilir. Bu günə kimi  5899 nəfər, o cümlədən yaşı 65-dən yuxarı 1681 nəfər, 50-65 yaş arası 3842 nəfər, 50 yaşdan aşağı 376 nəfər   şəxs peyvənd olunub.
Bildiririk ki, TƏBİB-in  24.03.2021-ci il tarixli  məktubuna əsasən, Goranboy rayon Mərkəzi Xəstəxanası 29.03.2021-ci il tarixdən karantin xəstəxanasına çevrilir.
Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Mərkəzi Xəstəxanada  1 həkim  otağı, 1 qeydiyyat otağı,1 gözləmə otağı, 1 müayinə otağı, 1 operator otağı, 3 vaksinasiya otağı,  2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb.

 

Keçidlər