Goranboy rayonunda fəaliyyət göstərən Məktəbəqədər təhsil müəssisələrinə:
Goranboy rayonunda fəaliyyət göstərən Məktəbəqədər təhsil müəssisələrinə
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən koronavirus (COVİD-19) pandemiyası ilə bağlı tədbirlərin görülməsi üçün Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah yaradılmışdır.
Operativ qərargahın tapşırığı və tövsiyələrinə uyğun olaraq sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq, hava-damcı infeksiyası ilə yoluxmanın qarşısını almaq, xəstəlik törədən mikroorqanizmləri məhv etmək üçün Uşaq bağçalarında profilaktik dezinfeksiya tədbirləri mütəmadi aparılmalıdır.
Məsafəli termometrlə hərarətin ölçülməsi, uşaqlar və işçilər bağçaya daxil olarkən əllərin spirt tərkibli məhlulla təmizlənməsi və yuyulmasına nəzarət olunmalı, işçilərin maskada olması (üz sipəridə tövsiyə olunur) vacibdir.Məşğələlər zamanı sosial məsafə gözlənilməli ,valideyinlərin bağça ilə əlaqəsi yalnız məşğələ vaxtı bitdikdən sonra və ya onlayn şəkildə təmin edilməlidir.
Gələcək nəslin sağlamlığı hər birimiz üçün vacibdir. Odur ki, təhsil alanların və təhsil verənlərin sağlamlığı üçün yuxarıda qeyd olunan məsələlərin həlli Sizə tapşırılır
Goranboy rayon İcra Hakimiyyəti
başçısı yanında Operativ Qərargah
29.03.2021-ci il