Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonda fəaliyyət göstərən iri həcimli istehsal müəssisəsi olan “GALİB GROUP” MMC-də oldu.

20 mart 2021 | 07:16

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonda fəaliyyət göstərən iri həcimli istehsal müəssisəsi olan  “GALİB GROUP” MMC-nin fəaliyyəti, istehsal gücü və burada istehsal olunan məhsulların çeşidləri ilə yerində tanış oldu.
Yerli iş adamı Qalib Mustafayevə məxsus olan müəssisə 2003-cü ildən fəaliyyətə başlamışdır. Müəssisənin məhsulları bir neçə beynəlxalq sərgilərdə nümayiş etdirilib. Müəssisədə məişət avadanlıqları, mətbəx və ofis mebelləri, inşaat arabaları, müxtəlif ölçülü yük arabaları, bellər, plastik su çənləri, antena çanağı, plastik boru və aksesuarlar, iri tutumlu su çənləri istehsal olunur. Müəssisə bir neçə markaya sahibdir.Bunlar «Reqular», «Oplas», Durmaz», «Dizayn» markalarıdır və bu markaların Azərbaycanda patenti yalnız «GALİB GROUP»a məxsusdur. Müəssisədə 100 nəfərdən artıq yerli sakin işlə təmin olunub

 

Keçidlər