Goranboy rayon İcra Hakimiyyəti başçısı rayonda fəaliyyət göstərən pambıq qəbulu məntəqələrinin nümayəndələrini qəbul etdi.
15 mart 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrrəm Quliyev rayonda fəaliyyət göstərən “Azərpambıq” MMC, “MKT İK” MMC və “Goran Cotton” MMC-nin nümayəndələrini və bununla bağlı aidiyyəti məsul şəxsləri qəbul etdi.
Qəbul zamanı, Goranboy rayonu üzrə 2021-ci ilin pambıq əkini ilə bağlı istehsalçılar və emal müəssisələri arasında xam pambığın istehsalı və alqı-satqısına dair bağlanmış müqavilələr və pambıq əkini nəzərdə tutulmuş torpaq sahələrinin şumlanması barədə müzakirələr aparıldı. İcra Başçısı bu sahədə müvafiq işlərin operativ həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini bildirdi.