Şriftin ölçüsü :

Saytın rəngi :

"Xalq" qəzeti: Goranboy: ağaclar “qar çiçəyi” açdı.

13 mart 2021 | 16:00

Goranboy: ağaclar “qar çiçəyi” açdı...

Gözünüz aldanmasın, bu ağac hələ çiçək açmayıb, açasıydı, tumurcuqları da üstündə. Amma Novruza bir həftə qalmış ağappaq örpəyə bürünüb. Adama elə gəlir ki, ərik, şaftalı, badam çiçək açıb
külək ilə müşahidə olunan qar yağdı. Gecə saatlarından başlayan qarın hündürlüyü dağ kəndlərində 30-32 santimetrə çatdı…
Rayon icra hakimiyyətindən məlumat vermişlər ki, mövcud hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyəti yanındakı fövqəladə hallar komissiyası, aidiyyəti idarə və təşkilatlar yaşayış məntəqələrində elektrik enerjisi, təbii qaz, rabitə və yol – kommunikasiya xətlərində yaranmış müəyyən problemlərin aradan qaldırılması və vəziyyətin müntəzəm nəzarətdə saxlanılması istiqamətlərində operativ fəaliyyət göstərmiş və müvafiq tədbirlər görmüşlər.


Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

Keçidlər