Goranboy rayon İcra Hakimiyyəti başçısı BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri ilə görüşdü.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının Proqram şöbəsinin müdiri Blaje Koçevski və Proqram şöbəsinin baş məsləhətçisi Tural Abbasovla görüşdü.
Görüşdə BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış müqavilə-şərtlərə əsasən, Qızıl Aypara Cəmiyyəti tərəfindən ərazilərdə aztəminatlı ailələrə paylanılmış məişət-yataq dəstlərinin monitorinqinin aparılmasının nəzərdə tutulduğu və Vətən müharibəsi zamanı yaşayış evlərinə ziyan dəymiş sakinlərə gələcəkdə müvafiq köməkliklərin göstərilməsi üçün təkliflərin dəyərləndirilməsi bildirildi.
İcra Başçısı qonaqlara Vətən müharibəsi zamanı erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə, fərdi yaşayış evlərinə, sosial obyektlərə və təsərrüfatlara dəymiş ziyan və bu istiqamətdə dövlətmiz tərəfindən göstərilən diqqət və qayğı barədə məlumat verdi.
Görüş səmimi və işgüzar şəraitdə aparıldı.