Goranboy rayonunun dağlıq və dağətəyi ərazilərinə güclü külək ilə müşahidə olunan qar yağmışdır. Gecə saatlarından başlayan qarın hündürlüyü dağ kəndlərində 30-32 sm-ə çatmışdır.
12 mart 2021 | 16:00
Goranboy rayonunun dağlıq və dağətəyi ərazilərinə güclü külək ilə müşahidə olunan qar yağmışdır. Gecə saatlarından başlayan qarın hündürlüyü dağ kəndlərində 30-32 sm-ə çatmışdır.
Mövcud hava şəraiti ilə əlaqədar olaraq, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, aidiyyəti idarə və təşkilatlar yaşayış məntəqələrində elektrik enerjisi, təbii qaz, rabitə və yol –kommunikasiya xətlərində yaranmış müəyyən problemlərin aradan qaldırılması və vəziyyətin müntəzəm nəzarətdə saxlanılması istiqamətlərində operativ fəaliyyət göstərir.