Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon Səfıkürd kəndindən olan Qazimiz Əliyev Təbriz Şəmsi oğlu ziyarət edildi.

11 mart 2021 | 16:00

Goranboy rayon Heydər Əliyev Mərkəzi və Gənclər İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyi  İkinci Qarabağ-Vətən müharibəsi döyüşlərində fəal iştirak etmiş Goranboy rayon Səfıkürd kəndindən olan Qazimiz  Əliyev Təbriz Şəmsi oğlunu ziyarət edib.
Qazimiz  gənclərimizə döyüşlərdə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun qazandığı uğurlardan, Azərbaycan əsgərinin qəhrəmanlığından bəhs edərək öz döyüş təəssüratlarını onlarla bölüşüb. Qazimiz Fizuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edib və Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı sol ayağından yaralanıb.

 

Keçidlər