Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda tütün əkini ilə bağlı şumlama işlərinə başlanılmışdır.

10 mart 2021 | 16:00

Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda ikinci texniki bitki sayılır. Goranboyda tütünçülüklə əsasən Zeyvə, Yenikənd, Şəfəq, Qarqucaq və Qaraçinar kəndlərinin sakinləri məşğul olurlar. Keçən il 8 hektar sahədə tütün əkən torpaq sahibləri 14,7 tona yaxın məhsul təhvil vermişlər. İstehsal olunan məhsul bağlanmış müqaviləyə əsasən, Şəki “İntertabakko” MMC-yə təhvil verilmişdir.
Cari ildə də rayonumuzda 8 ha ərazidə tütün əkilməsi nəzərdə tutulub ki, bundan da 4 hektarında virciniya, 4 hektarında isə berley sortları becəriləcəkdir.Artıq tütün əkini ilə bağlı şumlama işlərinə başlanılmışdır.

 

Keçidlər