Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Şəhid atasının içməli su xəttinin çəkilməsi ilə bağlı müraciəti təmin edilir.

09 mart 2021 | 16:00

Goranboy rayon Düzqışlaq kəndindən Vətən müharibəsi Şəhidimiz Zeynalov Elşən Zaman oğlunun atasının  içməli su xəttinin çəkilməsi ilə bağlı müraciəti operativ olaraq təmin edilir.
Şəhid atasının müraciəti əsasında, Goranboy rayon İcra Hakimiyyəti başçının müavini Rafət Qurbanov, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə və digər  məsul  şəxslər Şəhidimizin ailəsi ilə yerində görüşdülər, müvafiq mütəxəssislərlə  birgə su xəttinin çəkilməsi ilə bağlı məsləhətləşmələr aparıldı. Goranboy rayonunun sosial-iqtisadi həyatında və sənaye istehsalının inkişafında xüsusi çəkisi olan  “Qalib Qroup” MMC-nin rəhbərliyinin dəstəyi ilə, min metr plastik boru alınaraq içməli su xəttinin şəkilişi işlərinə başlanılmışdır.

 

Keçidlər