Nizami Gəncəvinin 880 illiyi münasibətilə, Goranboy Mərkəzi Kitabxananın qarşısında yaradılmış “Xəmsə” barelyefinin önündə “Dahi Azərbaycan şairi” adlı mühazirə saatı keçirildi.
Dünya ədəbiyyatının ən böyük söz ustadı Nizami Gəncəvinin 880 illiyi münasibətilə Mərkəzi Kitabxananın qarşısında yaradılmış “Xəmsə” barelyefinin önündə Mərkəzi Kitabxananın, Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Tarix-diyarşünaslıq Muzeynin iştirakı ilə “Dahi Azərbaycan şairi” adlı mühazirə saatı keçirildi.
Tədbirdə Azərbaycan Yazıçılar birliyinin üzvü, şair, publisist Ələsgər Əlioğlu məruzə ilə çıxış etdi. O, Nizami Gəncəvi dühasının dünya ədəbiyyatına verdiyi töhvələrdən söhbət açdı. Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Gündüz Hacıyev Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığını qeyd etdi və “Xəmsə”yə daxil olan poemalarından danışdı.