“Azərbaycan” qəzeti: “Goranboyda vaksinasiya prosesi davam edir”
“Azərbaycan” qəzeti: “Goranboyda vaksinasiya prosesi davam edir”
Ölkənin hər yerində olduğu kimi, Goranboyda da vaksinasiya prosesi davam edir. Artıq 2342, o cümlədən yaşı 65-dən yuxarı 681, 50-65 yaşarası 1340 və 50 yaşadək 321 nəfər şəxs peyvənd olunmuş, 3010 nəfər elektron qaydada qeydiyyata alınmışdır. Qeyd edək ki, rayonda əhalinin COVID-19 pandemiyasına qarşı vaksinasiya edilməsi prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri hazırlıqlar görülmüşdür. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında həkim, qeydiyyat, gözləmə, müayinə, operator, vaksinasiya, nəzarət və təcili tibbi yardım otaqları ayrılmış, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılmışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”