Şriftin ölçüsü :

Saytın rəngi :

“Xalq” qəzeti: “Goranboyun Xan Qərvənd kəndində abidə kompleksi inşa olunur”

05 mart 2021 | 16:00

“Xalq” qəzeti: “Goranboyun Xan Qərvənd kəndində abidə kompleksi inşa olunur”

Goranboyun Xan Qərvənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəhid olmuş hərbçilərimizin xatirəsinə abidə kompleksi inşa edilir.Qeyd edək ki, ölkə Prezidentinin şəhid ailələri və qazilərin sosial problemlərinin öyrənilməsi, xatirələrinin əbədiləşdirilməsi ilə bağlı imzaladığı sərəncamların və tapşırıqların icrasına Goranboy rayonunda xüsusi diqqət və həssaslıqla yanaşılır. Rayon icra hakimiyyəti bu vacib məsələni daim nəzarətdə saxlayır, vaxtaşırı olaraq məsul şəxslərin hesabatını dinləyir, şəhid ailələrinin arzu və təkliflərini nəzərə alır.Rayonda şəhidlərin xatirələrinin əbədiləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir və onlardan biri də xiyabanlarda abadlıq, yenidənqurma işlərinin aparılması, yeni abidə komplekslərinin inşası, xatirə parklarının salınmasıdır. Artıq Goranboy və Dəliməmmədli şəhərlərində, Qızılhacılı qəsəbəsində, Tap Qaraqoyunlu, Səfikürd, Balakürd, Muzdurlar, Veyisli və digər yaşayış məntəqələrində də bu sahədə görülən işlər diqqəti cəlb edir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

Keçidlər