Goranboy rayonunda Vətən müharibəsi Şəhidimizin doğum günü ailəsi ilə birgə qeyd edildi.
04 mart 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, digər vəzifəli şəxslər və ictimai fəallar Qızılhacılı qəsəbəsindən Vətən müharibəsi Şəhidimiz Həsənov Elman Mehman oğlunun doğum günündə onun Balakürd kənd Şəhidlər Xiyabanında məzarını ziyarət etdilər, ruhuna dualar oxudular. Sonra ziyarətçilər Şəhidimizin ailəsi ilə evində görüşdülər, Elman Həsənovun Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu barədə söhbətlər etdilər.