Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqları və apardığı sosail islahatları Goranboy rayonunda uğurla aparılır.

03 mart 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev , rayonun bir sıra dövlət qurumlarının rəhbərləri və Dövlət Məşğulluq Agentliyinin 20 saylı mərkəzinin rəhbəri Qoşqar Həsənov İctimayətin nümayəndələrini, iş adamlarını, vətəndaşları qəbul etdilər, onları maraqlandıran sualları cavablandırdılar.
İşsiz vətəndaşların işlə təmin olunması maksimum səmərəli qaydada aparılması işəgötürənlərə izah olundu. İçsizlikdən sığorta ödənişlərinin təmin olunması, peşə yönümlü kurslar üzrə  və özünə məşğulluq proqramı ilə bağlı qəbulda iştirak edən vətəndaşlara və iş adamlarına geniş məlumatlar verildi.  Sosial iş yerlərindən şəhid ailələri və qazilərin ilk növbədə təmin olunması əsas tapşırıqlardan biri kimi olduğu bütün qurumlara bildirldi.
İcra Hakimiyyəti  və Agentlik arasında son zamanlar ciddi kommunikasiyalı işlər yüksək səviyyədə qurulmuş və bu faydalı əməkdaşlıq səmərəli davam etdiriləcəkdir.

 

Keçidlər