Vətən Müharibəsi Şəhidinin doğum günündə ailəsi ziyarət edildi.
03 mart 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Şəhid ailələri, rayonun digər rəhbər şəxsləri və ictimaiyyət fəalları ilə birgə Vətən Müharibəsi Şəhidi Vəliyev Hidi Bəxtiyar oğlunun doğum günü ilə əlaqədar onun rayonun Balakürd kənd Şəhidlər Xiyabanında məzarını ziyarət etdi, Şəhidimizin məzarı üzərinə tər güllər qoyuldu və ruhuna dualar oxundu. Sonra ziyarətçilər Şəhidin yaşadığı Tap Qaraqoyunlu kəndində ailəsini ziyarət etdilər.