Goranboy rayon İcra Hakimiyyətində vətəndaşlar müntəzəm qəbul edilir, müraciətləri dinlənilir və yerində araşdırılması təmin edilir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, başçının müavinləri, Aparatın şöbə müdirləri və aidiyyəti idarə-təşkilat rəhbərləri tərəfindən vətəndaşlar müntəzəm olaraq qəbul edilir, müraciətləri dinlənilir, onların yerində operativ araşdırılması təmin edilir.İcra başçısı Məhərrəm Quliyev növbəti qəbul zamanı Şəhid Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva ilə də görüşdü. Görüş zamanı İcra Başçısı ilə səmimi söhbət edən Milli Qəhrəman anası Gülzar xanım rayonumuzda bütün Şəhid ailələri və Qazilərinə yüksək diqqət və qayğının göstərildiyini, onların sosial qayğılarının operativ həll edildiyini, bu sahəyə həssas yanaşmanın olduğunu və buna görə dövlət başçısı Prezident cənab İlham Əliyev və 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.