Xocalı Soyqırım qurbanlarının xatirəsinə Aşağı Ağcakənd qəsəbəsində inşa edilmiş Soyqırım Abidəsi ziyarət edildi.
26 fevral 2021 | 15:32
Goranboy rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyev, Xocalı rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov, digər rəhbər şəxslər, Xocalı sakinləri və ictimai fəallar Erməni faşistləri tərəfindən törədilmiş “Əsrin Faciəsi”-Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı Soyqırım qurbanlarının xatirəsinə, Xocalıların müvəqqəti məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış Soyqırım Abidəsini ziyarət etdilər, Şəhidlərimizin ruhlarına dualar oxundu.