Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması davam edir

23 fevral 2021 | 01:05

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, o cümlədən sahibkarlıq subyektlərinə dəymiş ziyanın siyahıya alınması üçün yaradılmış müvafiq komissiya xeyli vaxtdır ki, fəaliyyətə başlamışdır.

Komissiya digər bölgələrdə olduğu kimi, Goranboy rayonunun cəbhəyanı ərazilərində yerləşən Aşağı Ağcakənd, Meşəli, Qaraçinar, Yenikənd, Zeyvə, Hacallı, Səfikürd, Şahməmmədli, Qarasüleymanlı, Qızılhacılı, Tapqaraqoyunlu və Tap yaşayış məntəqələrində də vətəndaşların şəxsi əmlaklarına və evlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində xeyli iş aparmışdır.

Artıq Goranboy rayonu üzrə 471 obyektə baxış keçirilmiş, bundan 371 nəfərə ziyan dəyməsi müəyyən edilərək aktlar tərtib olunmuşdur. Aktlar əsasında komisssiya tərəfindən qiymətləndirmə aparılmış, Kapital Bankın Goranboy rayon filialında həmin şəxslərin adlarına açılmış hesab nömrələrinə müəyyən olunan məbləğdə vəsait köçürülmüşdür. O cümlədən ciddi ziyan dəymiş 5 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulmuşdur. Artıq Zeyvə kənd sakini Qədimov Hikmət Cəlal oğlunun fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər