Goranboy şəhərində Şəhid Quliyev Şəmil Əli oğlunun adını daşıyan 1 saylı uşaq bağçası- körpələr evində yenidənqurma işləri başa çatmaq üzrədir.
17 fevral 2021 | 03:39
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli məclisin deputatı Anar Məmmədov, rayon xidmət sahələrinin rəhbərləri və aidiyyəti məsul şəxslərlə birlikdə, Goranboy şəhəri 1 saylı uşaq bağçası-körpələr evində aparılan təmir-yenidənqurma işləri ilə yerində tanış oldu.
Bağçada aparılan yenidənqurma işləri başa çatdırılır, bağça müasir avadanlıqlar, elektrik, qaz və su təhcizatı ilə təmin edilmş, burada uşaqların əyləncəsi üçün istirahət güşəsi yaradılmış, həmçinin bağçanın adını daşıyan şəhid Quliyev Şəmil Əli oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Xatirə bulağı inşa edilmişdir.