Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 15-dən etibarən uşaq bağçalarının fəaliyyətinin bərpa edilməsi ilə əlaqədar olaraq, Goranboy rayon İcra Hakimiyyətində online görüş keçirildi.

15 fevral 2021 | 16:00

Online görüşdə Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Mirvari Ağamalıyeva, Şöbə müdiri Sərdar Sadıqov, Gigiyena və Epidemiologiya Mərkəzin direktoru Afayat Köçərli və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Videoformatda keçirilən görüşdə rayonda fəaliyyət göstərəcək  bütün bağçalarda dezinfeksiya işləri aparılması, tərbiyəçilər və texniki işçilər tərəfindən  geniş təmizlik və tibbi-profilaktik işlərin görülməsi, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulması, hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturunun ölçülməsi, tərbiyəçilərin müntəzəm olaraq  valideynlərlə əlaqə saxlaması məsələləri müzakirə edilmişdir.
Bildirildi ki, Uşaq bağçalarında sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət İcra Hakimiyyəti və rayon Gigiyena Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həyata keçiriləcəkdir.

 

Keçidlər