Şəhid ailələrinin problemləri YAŞAT Fondu tərəfindən həll edilir.
12 fevral 2021 | 16:00
YAŞAT Fondu və rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Vətən Müharibəsi Şəhidləri, Qızılhacılı qəsəbəsindən Qurbanov Fariz Məhəmməd oglunun və Səfıkürd kəndindən Yusifov Kənan Fehruz oğlunun ailələri ziyarət olundu, Fond tərəfindən hər bir ailəyə 10 000 (on min) manat vəsait ödənildi.
Həmçinin Qızılhacılı qəsəbəsində mülki Şəhid Abbasova Raziyə Bayraməli qızının ailəsi də ziyarət edildi və ailənin sosial qayğıları ilə maraqlanıldı.