Goranboy rayon İcra Hakimiyyəti Başçısı Şəmkir Maşın Kanalının mənbəyində mövcud və tikilməkdə olan nasos stansiyalarında oldu.
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev rayonun Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı İdarələrinin rəhbərləri ilə birgə, Şəmkir Maşın Kanalının mənbəyində mövcud və tikilməkdə olan nasos stansiyalarında oldu, Şəmkir Su anbarı və Maşın Kanalının rəhbərliyi ilə görüşdü, rayon ərazisində vətəndaşlar tərəfindən əkilmiş torpaq sahələrinin suvarmasında yaranmış problemləri müzakirə etdi.
Aparılan müzakirələrdə rayonun Veyisli, Rəhimli, Borsunlu, Nadirkənd və Muzdurlar kəndlərində 1000 hektara yaxın suvarılması aparılmamış taxıl sahələrinin qaldığı, bununla bağlı yaranmış problemlərlə əlaqədar, aidiyyəti Mərkəzi İcra Hakimiyyəti orqanlarına məktubların ünvanlandığı, qeyd olunan ərazilərin su təminatının yaxşılaşdırılması üçün bu məsələnin diqqətdə saxlanıldığı bildirildi.